Türkiyədə hotel yanır - FOTO

29 İyul 2022 17:58

Türkiyənin Muğla əyalətinin Marmaris şəhəri ərazisində meşə yanğını baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə "Sabah" qəzeti məlumat yayıb.

Qeyd olunub ki, İçmeler bölgəsinin meşəlik sahəsində başlayan yanğın yaxınlıqda yerləşən hotelin ərazisinə keçib. Otelin içində insanların olduğu bildirilir.

Yanğını söndürmək üçün Muğla Meşə Region Müdirliyinin qrupları, 5 təyyarə və 7 helikopterlə müdaxilə edilir.

Milli.Az