Bu gün PFL prezidenti seçilən Elxan Səmədov kimdir? - DOSYE

29 İyul 2022 13:06

Milli.Az manset.az-a istinadən bu gün Azərbaycan Peşəkar Liqasının Prezidenti seçilmiş Elxan Səmədovla bağlı bəzi məlumatları diqqətinizə çatdırır. 

Elxan Səmədov 1974-cü ildə Bakıda anadan olub. 134 nömrəli orta məktəbi bitirib. 1990-cı ildə Azərbaycan Xarici Dillər Universitetinə daxil olub.  

Kamilla Səmədova adlı xanımla ailəlidir.

Qeyd edək ki, E.Səmədov bu vəzifəyə qədər VAR (videoköməkçi hakim) layihə rəhbəri olub.

Milli.Az