"Ərim hədiyyə alan deyil, həmişə pul verir" - VİDEO

30 İyul 2022 04:22

"Heç vaxt ad günümdə həyat yoldaşımdan heçnə istəməmişəm. Hədiyyə alan deyil. Onunki puldur. Pul verib ki, get nə istəyirsən al".  

Milli.Az bizim.media-ya istinadən bildriir ki, bu sözləri müğənni Nazənin Salayeva qonaq olduğu "Həmin Zaur" axşam şousunda deyib.  

Doğum gününü verilişdə qeyd edən sənətçi, həyat yoldaşından hədiyyə olaraq pul aldığını bildirib.  

"Mənə qeyri-adi gəlmir ad günümdə həyat yoldaşım mənə nəsə alsın. Hər günüm ad günüm kimi keçir. Mənim üçün diqqət, bir kəlimə söz bəs edir. Hədiyyə sevmirəm".

Milli.Az