"Neftçi" - "Rapid" oyununun saatı açıqlandı

29 İyul 2022 09:22

"Neftçi"ın Avstriyanın "Rapid" (Vyana) komandasına qarşı keçirəcəyi UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununun vaxtı dəqiqləşib.

Milli.Az report-a istinadən xəbər verir ki, avqustun 4-də "Bakcell Arena"da oynanılacaq qarşılaşma saat 21:00-da başlayacaq.

Vyanadakı cavab görüşü avqustun 11-də olacaq.

Milli.Az