Azərbaycanda həkim vəfat etdi - FOTO

28 İyul 2022 23:37

Azərbaycanda həkim vəfat edib.

Bu barədə məlumat həmkarları tərəfindən sosial şəbəkələrdə paylaşılıb.

Belə ki, paytaxtın 8 saylı Şəhər Poliklinikasının həkim cərrahı Azad Hüseynov ağciyər-ürək çatışmazlığından vəfat edib.

Qeyd edək ki, A.Hüseynov 40 ildən çoxdur həkim kimi çalışıb. O daha əvvəl 4 saylı Şəhər Poliklinikasında da işləyib.

Milli.Az