UEFA Putinlə bağlı şüarlar səsləndirən "Fənərbağça" haqda qərar verdi

28 İyul 2022 22:31

UEFA Türkiyənin "Fənərbağça" klubuna intizam işi açıb.

Buna "sarı-lacivərtlilər"in azarkeşlərinin doğma meydanda Ukraynanın "Dinamo" (Kiyev) komandasına 1:2 hesabı ilə uduzduqları Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunundakı davranışı səbəb olub.

Fanatlar 57-ci dəqiqədə Rusiya Prezidenti Vladimir Putinin lehinə şüarlar səsləndiriblər.

Xatırladaq ki, görüşün əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. İlk görüşdə qolsuz bərabərlik qeydə alındığı üçün əlavə vaxta ehtiyac duyulub. Əlavə vaxtda 1:0 hesablı qələbə qazanan Kiyev klubu növbəti mərhələyə yüksəlib.

Milli.Az