Gürcüstanda fabrikdə zəhərlənən işçilərin sayı 50-yə çatıb

28 İyul 2022 21:08

Gürcüstanın Kobuleti şəhərində "Ajara Textile" tikiş fabrikinin xəstəxanaya yerləşdirilən əməkdaşların sayı 50-yə çatıb.

Milli.Az "Report"a istinadən bildirir ki, müəssisənin üç işçisi reanimasiya şöbəsindədir. Həkimlərin bildirdiyinə görə, pasiyentlərin hamısında eyni simptomlar - ümumi halsızlıq, başgicəllənməsi, ürək bulanması, sürətli ürək döyüntüsü müşahidə edilir. Zəhərlənməyə nəyin səbəb olduğu hələ dəqiq bilinmir.

Fabrik rəhbərliyi müəssisə ərazisində qaz sızmasının baş verdiyini istisna edir.

Milli.Az