"Pullarım batdı" - Ruhəngiz Allahverdiyeva

28 İyul 2022 16:08

"Kaş pulumun qədrini bilərdim. Səsim batdı, neçə il evdə oturdum. Bir müğənniyə geyiminə nə qədər pul lazımdır? Hamısını özüm etmişəm, bunlar da puldur. Uşaqlarımın təhsilinə xərcləmişəm".

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri Əməkdar artist Ruhəngiz Allahverdiyeva "Həmin Zaur" proqramında deyib. Müğənni aparıcı Zaur Kamalın "O qədər böyük pullar qazandınız, nə etsiniz onları" sualına belə cavab verib:

"Başqa sənətin sahibi olsaydım, daha  yaxşı olardı. O qədər dələduz adam olub ki... Pulu vermişəm batıb gedib".

Milli.Az