"Qarabağ"ın keçmiş futbolçusunun övladı xərçəngdən öldü

28 İyul 2022 16:34

Polşanın "Visla" (Plotsk) klubunda çıxış edən "Qarabağ"ın sabiq futbolçusu Yakub Jezniçakın oğlu Olivier dünyasını dəyişib.

Milli.Az report-a istinadən xəbər verir ki, körpə İsraildəki özəl xəstəxanaların birində vəfat edib.

Olivierə daha əvvəl qaraciyər xərçəngi diaqnozu qoyulub.

Qeyd edək ki, Yakub Jezniçak 2017-2019-cu illərdə "Qarabağ"ın formasını geyinib.

Milli.Az