Amerikalı aktyor Sebastian Sten yeni görünüşü ilə təəccübləndirib.
Milli.Az axşam.az-a istinadən bildirir ki, aktyoru "Fərqli adam" ("A different man") filmində canlandıracağı obraz üçün etdirdiyi qrimə görə tanımaq mümkün olmayıb. O, ekran işində neyrofibromatozdan əziyyət çəkən və üzündəki deformasiyalardan xilas olmaq üçün əməliyyat olunan şəxsi canlandırır.
Qeyd edək ki, layihənin digər baş rollarını aktyorlar Renate Reynsve və Adam Pirson ifa edir.
Milli.Az