Belarusdan Ukraynaya 20-dən çox raket atılıb

28 İyul 2022 12:04

Bu səhər Belarus ərazisindən Ukraynanın Çerniqov vilayətinə 20-dən çox raket atılıb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə "Sever" əməliyyat komandanlığından bildirilib.

Qeyd olunub ki, həmin vaxt hava hücumundan müdafiə sistemi işləyib.

Hələ ki, itkilər barədə məlumat yoxdur.

Milli.Az