Bakıda ana və 7 yaşlı qızı itkin düşüb

28 İyul 2022 09:20

Bakıda ana və 7 yaşlı qızı itkin düşüb.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə iyulun 24-də paytaxtın Xətai rayonu, General Əliağa Şıxlinski küçəsində qeydə alınıb.

Belə ki, 1990-cı təvəllüdlü Vüsalə Zeynalova qızı, 2015-ci il təvəllüdlü Xədicə Zeynalova ilə birlikdə yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Faktla bağlı Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsində aradşdırma aparılır.

Milli.Az