Dünyada koronavirusa yoluxmaların təsdiqlənmiş sayı 570 milyonu, virus nəticəsində ölüm hallarının sayı isə 6,38 milyonu ötüb.
Təşkilatın statistikası yoluxanlar və ölənlər barədə yalnız dövlətlər tərəfindən təqdim olunan rəsmi təsdiqlənmiş məlumatları nəzərə alır. 500 milyon yoluxma həddi aprelin 14-də, 400 milyon - fevralın 10-da, 300 milyon - yanvarın 8-də, 200 milyon yoluxma həddi isə ötən il avqustun 5-də keçilib.
ÜST pandemiyanın başlanğıcından indiyədək 570 005 017 yoluxma və 6 384 128 nəfərin ölməsi barədə məlumat alıb. Gün ərzində yoluxanların sayı 1 019 583 nəfər, ölənlərin sayı 1 882 nəfər artıb.
ÜST-yə daxil olan məlumatlar arasında ən çox təsdiqlənmiş hallar ABŞ-da (89 428 046) qeydə alınıb. Sonrakı yerlərdə Hindistan (43 938 764), Braziliya (33 621 965), Fransa (32 664 720) və Almaniya (30 598 385) gəlir. COVID-19 virusu nəticəsində ən çox ölüm halları ABŞ-da qeydə alınıb: 1 017 366 nəfər. Bu göstərici üzrə ikinci yerdə Braziliya (677 143), üçüncü yerdə Hindistandır (526 167). Sonrakı yerləri Rusiya (382 272) və Meksika (327 109) tutur.
Milli.Az