Almaniya Ukraynaya HHM sistemləri verəcək

28 İyul 2022 08:34

Ukrayna Almaniyanın "İris-T SLM" hava hücumundan müdafiə sistemlərini yayın sonu - sentyabrın əvvəlində ala bilər.

Bunu Almaniya Xarici İşlər Nazirliyinin rəhbəri Annalena Berbok "Azadlıq" radiosuna müsahibəsində deyib.

Onun sözlərinə görə, hava hücumundan müdafiə sistemlərinin istehsalı son mərhələdədir:

"Başqa bir dövlət hava hücumundan müdafiə sistemlərini almalı idi və bu dövlətlə Ukraynaya təhvil verlməsi üçün onunla danışıqlar aparıldı".

Milli.Az