Bakı-Şamaxı yolunda avtomobil 56 yaşlı kişini vurub

28 İyul 2022 08:14

Bakı-Şamaxı yolunda 56 yaşlı kişi yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

Milli.Az "Report"a istinadən bildirir ki, 1966-cı il təvəllüdlü Salmanov Səməd Fərrux oğlu yolu keçərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ baldır sümüyünün sınığı diaqnozu qoyulub.

Fakt araşdırılır.

Milli.Az