“Fənərbağça” azarkeşinin Putin lehinə şüarı dünya gündəmi oldu - VİDEO

28 İyul 2022 08:32

"Fənərbağça" azarkeşlərindən biri Kiyev "Dinamo"su ilə matçda (1:2) buraxılan qoldan sonra Rusiya Prezidenti Vladimir Putinin lehinə şüarlar səsləndirib.

Daha sonra bir neçə azarkeş buna alqışlarla dəstək verib. Bu isə dünya mediasında müzakirələrə səbəb olub.

Bu səbəbdən "Dinamo Kiyev"in baş məşqçisi Mirça Luçesku "Fənərbağça"nı 2:1 hesabı ilə məğlub etdikdən sonra mətbuat konfransına qatılmayıb.

Milli.Az