Ukraynanın cənubunda 66 Rusiya hərbçisi zərərsizləşdirilib
Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Cənub ordu komandanlığı məlumat yayıb.
Ukrayna aviasiyası Rusiya ordusunun Xersondakı 5 dayaq məntəqəsinə də zərbə endirib.
Ümumi olaraq ölkənin cənubunda sutka ərzində 66 hərbçi, 3 T-72 tankı, 3 haubitsa, 3 minadüzən texnika və 3 avtomobil məhv edilib.
Milli.Az