Ceyms Şarp Azərbaycanda mina təmizləyən yeganə qadından yazdı

27 İyul 2022 23:25

Böyük Britaniya səfiri Ceyms Şarp Azərbaycandakı minatəmizləmə işi görən yeganə qadınla bağlı paylaşım edib.

Milli.Az xəbər verir ki, bu barədə o, "Twitter" hesabında yazıb:

"Bu mina aşkarlayan idarəçisi Mariadır. O, Azərbaycanda minatəmizləmə komandasında yeganə qadındır. Tezliklə Böyük Britaniya-Azərbaycan əməkdaşlığı nəticəsində Azərbaycanda daha çox qadın minatəmizləmə qrupları olacaq. Onlar bu torpaqlara qayıdan insanların təhlükəsizliyinə mühüm töhfələr verəcək".

Qeyd edək ki, səfir Ceyms Şarp Cəbrayıla səfər edib və burada aparılan minatəmizləmə işləri ilə tanış olub.

Milli.Az