“Qarabağ”ın futbolçusu meydanı ağlayaraq tərk etdi

27 İyul 2022 22:04

Çempionlar Liqasında II təsnifat mərhələsində keçirilən "Sürix" - "Qarabağ" matçında Ağdam təmsilçisi ciddi itki ilə üzləşib.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, "Qarabağ"ın müdafiəçisi Kevin Medina matçın 44-cü dəqiqəsində zədələnib. Əzələsini dartan təcrübəli futbolçu oyuna davam edə bilməyib. Bu səbəbdən o, Bədavi Hüseynovla əvəzlənib.

Kevin Medina meydanı göz yaşları içində tərk edib.

Milli.Az