Pul cırılıbsa, nə etməliyik?

31 İyul 2022 09:24

Pul hamımızın yaşamaq üçün lazım olan ehtiyaclarından biridir. 

Bəs, pul cırılıb və yaxud da yararsız vəziyyətə düşübsə, nə etməliyik?

"Norma" hüquq mərkəzinin direktoru, hüquqşünas Şamil Paşayev lent.az-a deyib ki, pul iki yerə bölünübsə belə bunu bərpa etmək olar:

"Pulunuz iki yerə cırılıbsa, heç olmasa 60 faizi əlinizdədirsə həmin pulun nominal dəyərini bərpa etmək mümkündür. Bunun üçün isə Mərkəzi Banka müraciət etmək lazımdır. Bank pulunuzun dəyərini qaytarır".

Milli.Az