Kişinin ailə qarşısında vəzifəsi, övladın ata üzərində haqqı

2 Avqust 2022 21:20

Övladın ən böyük vəzifəsi - valideynlərinə itaət etmək və onların hörmətini saxlamaqdır. Məsumlarımız (ə) bizə ataların uca məqamından xəbər verir ki, onlarla tanış olaq.

Bir nəfər Peyğəmbərin (s) yanına gəlir və deyir: "Atam istəyir ki, mənim malımı özününkü etsin".

Həzrət Rəsuli-Əkrəm (ə) buyurur: "Sən də, malın da - atanındır".

Həzrət Rəsulallah (s) başqa yerdə buyurur: "Allahın razılığı - atanın razılığındadır. Allahın narazılığı - atanın narazılığında".

İmam Səccad (ə) buyurur: "Allah o kəsdən razıdır ki, ailəsini daha çox rifah və nemətdə qərar verər".

İmam Sadiq (ə) buyurur: "Kişi ailəsini idarə etmək üçün gərək üç işi yerinə yetirsin:

1. Xoş rəftar.

2. Ölçüsündə olan əliaçıqlıq.

3. Qeyrət".

Həzrət Peyğəmbər (s) buyurur: "Övladın atası üzərində üç haqqı vardır:

1. Onun üçün yaxşı ad seçmək.

2. Ona savad öyrətmək.

3. Həddi-buluğa çatan zaman evləndirmək".

İmam Əli (ə) buyurur: "Övladın atası üzərində olan haqqı odur ki, ona savadı, ox atmağı və üzməyi öyrətsin. Halal ruzidən qeyrisini yeməyi etməsin".

Milli.Az