Aİ Ermənistanın büdcəsinə 14,2 mln. avro köçürdü

27 İyul 2022 16:40

Avropa İttifaqı Ermənistanın dövlət büdcəsinə 14,2 milyon avro köçürüb.

Milli.Az report-a istinadən xəbər verir ki,bu barədə Ermənistan Baş nazirinin müavini Mger Qriqoryanın müşaviri Mane Adamyan feysbuk səhifəsində bildirib.

Onun sözlərinə görə, bu məbləğin 6 milyon avrosu baş nazirin müavininin ofisi tərəfindən pandemiyanın nəticələrinin aradan qaldırılmasının reallaşmasına və ölkənin sosial-iqtisadi dayanıqlılığının güclənməsinə yönəldiləcək. O qeyd edib ki, bu ikitərəfli qrantlar proqramı çərçivəsində köçürülən sonuncu tranşdır.

Avropa İttifaqı sözügedən layihə çərçivəsində son iki ildə Ermənistana 30 milyon avro ayırıb.

Milli.Az