Sevgilisini sirr kimi saxlayırdı, 8 il sonra üzə çıxdı - FOTO

27 İyul 2022 18:48

Türkiyəli aktyor Kaan Urgancıoğlunun illərdi gizli qalan münasibəti bilinib. 

Milli.Az lent.az-a istinadən bildirir ki, aktyoru izləyiciləri "Yargı" serialında bərabər oynadığı Pınar Dənizlə yaraşdırır, hətta sevgili olduqlarını sanırdılar. Amma Kaan Urgancıoğlunun 8 ildir ki, sirr saxladığı sevgilisi üzə çıxıb. 

Belə ki, şəxsi həyatı ilə gündəm olan aktyorun aktrisa Zeynep Oymakla 8 ildir ki, eşq yaşadığı məlum olub. 
 
Münasibətlərini gözdən uzaqda yaşayan ikili motosiklet ilə Etilerdə görünüblər.

Milli.Az