Türkiyənin Mosuldakı Baş Konsulluğunu vurdular

27 İyul 2022 14:02

Türkiyənin İraqın Mosul şəhərində yerləşən Baş Konsulluğuna hücum olub.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirlik hücumu pisləyib: "BMT Təhlükəsizlik Şurasının iclası keçirildiyi zaman belə bir hücumun təşkil olunması diqqət çəkir".

Türkiyə XİN həmçinin İraqdakı səlahiyyətli şəxslərə terrorla mübarizədə ayıq-sayıq olmaları barədə xəbərdarlıq edib.

Qeyd edək ki, diplomatik nümayəndəliyə 2 raket atılıb.

Hadisə nəticəsində ölən və yaralanan olmayıb. Amma ətrafdakı tikililələrə və avtomobillərə ziyan dəyib.

Şahidlərin sözlərinə görə, ərazidə yaşayan bəzi ailələr evlərini tərk ediblər.

Milli.Az