Yeni sezona yeni avtomobillə: özü də 11 milyonluq...

27 İyul 2022 16:56

Türkiyənin Başakşəhər futbol komandasının baş məşqçisi və keçmiş futbolçu Əmrə Bəlözoğlu yeni aldığı bahalı avtomobili ilə gündəmə gəlib. 

Milli.Az lent.az-a istinadən bildirir ki, dünən Bebektəki məkanlardan birində görüntülənən məşqçinin yeni "Audi RS6" markalı maşını diqqət çəkib. 

Məlumata görə, Bəlözoğlu maşınını 12 milyon lirəyə (təxminən 1 milyon 144 min manat) alıb. Bundan əlavə, lüks avtomobil həvəkarı olan Emrənin qarajında 763 min manatlıq cipi və 1 milyonluq daha 2 maşını olduğu deyilir.  

Milli.Az