Məşhur aktyor tanınmaz halda - FOTO

27 İyul 2022 17:48

Məşhur amerikalı Brendan Ceyms Freyzer xarici görünüşü ilə təəccübləndirib

Milli.Az axşam.az-a istinadən bildirir ki, aktyor rejissor Darren Aronofskinin yeni layihəsi üçün kökəlib. Hazırda Brendanın çəkisi 272 kiloqramdır.

O, yeni obrazı ilə "Balina ("The Whale") filmində görünəcək və müəllim obrazını canlandıracaq.

Qeyd edək ki, filmin premyerası sentyabrda Venesiya kinofestivalında baş tutacaq.

Milli.Az