"Dell" bazardan çəkilir
2 Aprel 2012 13:46
Mərkəzi ofisi Texasda yerləşən şirkət bundan sonra əsas diqqəti inkişaf etməkdə olan bazarlara və gəlir perspektivləri daha çox olan məhsullara verəcək.
Milli.Az "Techno Crunch"a istinadən bildirir ki, "Dell" korporasiyası "Google Android" və "Windows Phone" əməliyyat sistemlərinin əsasında işləyən "Venue" ilə "Venue Pro" smartfonlarının ABŞ-da satışlarını dayandıracaq. Həmin telefonlar bundan sonra Hindistan, Cənubi Koreya və Asiyanın digər ölkələrində satılacaq.
"IDG News" bildirir ki, "Dell" Birləşmiş Ştatların mobil telefon bazarına qayıdıb-qayıtmayacağı barədə konkret açıqlama verməyib.
"AllThingsD"yə görə, "Dell" smartfon və planşet kompüterlər bazarlarına yeni məhsullarla çıxmaq niyyətindədir.
Milli.Az