Bədbin qadınların beyni balacalaşır
11 May 2010 10:22
Milli.Az raut.ru saytına istinadən xəbər verir ki, yaşı 44-88 arasında olan 247 qadın arasında aparılan araşdırma göstərib ki, bədbin qadınlarda beyinin emosiyalara cavab verən hissəsi getdikcə kiçilir. Araşdırma müəllifi Denis Xed bildirir ki, bu, qadınların xarakteri ilə beyin quruluşu arasında birbaşa əlaqənin olduğunu belə dəqiqliklə sübut edən ilk haldır.
Alimlər hələ ki bunun dəqiq səbəbini müəyyənləşdirə bilməyib.
Milli.Az