Plagiatlıqda ittiham olunan Heyli ilə bağlı qərar

27 İyul 2022 13:40

Məhkəmə plagiatlıqda ittiham olunan müğənni Castin Biberin həyat yoldaşı, model Heyli Biber haqqında ilkin qərar verib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, hakim "Rhode NYC" geyim brendinin sahibləri, dizaynerlər Fibi Vikers və Purna Khataunun modelin eyniaddan istifadəsinə qadağa qoyulması tələbini rədd edib.

Dizaynerlər məhkəmə prosesinin davam etdiyini və sonda nəticənin onların xeyrinə olaraq dəyişəcəyinə əmin olduqlarını bildiriblər.

Qeyd edək ki, bir müddət əvvəl Heylinin nümayəndələri modelə məxsus "Rhode" brendinin kosmetika şirkəti, "Rhode NYC" isə geyim istehsalçısı kimi qeydiyyatdan keçdiyini açıqlayıblar. Həmçinin, "Rhode" H.Biberin ikinci adıdır.

Milli.Az