"Kəpəz" gürcüstanlı hücumçu transfer etdi

28 İyul 2022 19:14

"Kəpəz" heyətinə daha bir futbolçu qatıb.

Gəncə təmsilçisi gürcüstanlı hücumçu Mixeil Erqemlidzeni transfer edib. 23 yaşlı futbolçu ilə bir illik müqavilə imzalanıb.

Qeyd edək ki, Mixeilin snuncu klubu "Sabah" olub.

Xatırladaq ki, yeni mövsümdən Premyer Liqada çıxış edəcək "Kəpəz" bundan əvvəl Tural Axundov, Elvin Yunuszadə, Kamran İbrahimov, Zamiq Əliyev, Mate Kvirkviya, Giorgi Kantariya, Əfran İsmayılov, Rauf Əliyev, Abdullahi Şuaybu, Yusif Nəbiyev və Fərid Nəbiyevi də heyətinə cəlb edib.

Milli.Az