Yeni serialda əkiz bacı-qardaşı canlandıracaqlar

27 İyul 2022 10:32

Türkiyəli aktrisa Hafsanur Sancaktutanın yeni layihəsi bəlli olub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, aktrisa "Gelecek uzun sürer" adlı serialda baş rollardan birini canlandıracaq. Həmçinin, layihədə Aslıhan Malbora, Mert Yazıcıoğlu kimi aktyorlar da rol alacaq. Aslıhanla Mertlə əkiz bacı-qardaşı canlandıracaq.

Qeyd edək ki, Hafsanur sonuncu dəfə "Son yaz" serialında rol alıb.

Milli.Az