Hollivud ulduzu avtomobili ilə motosikletçini vurdu - VİDEO

27 İyul 2022 10:00

"Akvamen" filminin ulduzu, amerikalı aktyor Ceyson Momoa avtomobil qəzası keçirib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, Hollivud ulduzu Kaliforniyada 1970-ci ilə məxsus "Oldsmobile" markalı avtomobili ilə motosiklet sürücüsünü vurub. Nəqliyyat vasitələri üz-üzə toqquşduqdan sonra motosiklet sürücüsü Ceysonun maşının ön şüşəsinə çırpılıb.

Momoa avtomobilini saxlayıb və təcili tibbi yardıma zəng edib. Ağciyərindən xəsarət alan 21 yaşlı şəxs dərhal xəstəxanaya yerləşdirilib.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, motosiklet sürücüsü döngədə hərəkət zolağından kənara çıxıb və aktyorun avtomobiliylə toqquşub.

Hazırda hadisə ilə bağlı araşdırma aparılır.

Milli.Az