“Dünya Ukrayna böhranının nəticələrini hələ uzun müddət hiss edəcək”

26 İyul 2022 21:41

Ukraynadakı hərbi münaqişə fonunda dünyada yaranan ərzaq böhranı hələ uzun müddət çəkəcək.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu bardəə Fransa prezidenti Emmanuel Makron Kamerunda qlobal ərzaq təhlükəsizliyinə dair görüşdə deyib.

"On səkkiz ay ərzində müharibənin səbəb olduğu nəticələr aradan qalxmayacaq",- deyə Makron bildirib.

Prezident vurğulayıb ki, buna hazır olmaq lazımdır.

Emmanuel Makron əhalinin keyfiyyətli məhsullarla təminatını davam etdirmək, dayanıqlı kənd təsərrüfatını inkişaf etdirməyin vacib olduğunu bildirib.

Milli.Az