Qaraciyəri yüklənənlərə unikal resept – Toksinləri çıxarır

6 Avqust 2022 21:45

Əgər insanın qaraciyəri çox yüklənib və yaxşı işləmirsə, o insanda enerji çatmamazlığı, halsızlıq, başgicəllənmə, ürəkbulanma, sağ qabırğaaltında ağrı, həzm problemi, dəri səpkiləri və s. ilə özünü büruzə verir.

Milli.Az medicina.az-a istinadən yüklənmiş qaraciyəri təmizləyib, işini bərpa edəcək asan resepti təqdim edir.

Bunun üçün lazımdır:

Təzə nanə - 1 ovuc

Limon suyu - 1ədəd

Portağal -1 ədəd

Su -1 litr

Təmiz bal - 30 qr

Su qızdırılır, bura yuyulmuş nanə əlavə olunub, zəif odda 7 dəqiqə hazırlanır.

Oddan götürülüb, soyudulur. Sonra bura bir limon və portağalın suyu sıxılır, bal qatılıb qarışdırılır. 1 saat saxlanılıb, süzülür. Şüşə bankada saxlanılır.

Gündə 1 stəkan içmək kifayətdir.

Milli.Az