Soğan qabıqlarını atmayın

6 Avqust 2022 20:45

Soğan qabığı dəmləməsi bəlğəmgətirici, bağırsaq yumşaldıcı, sidikqovucu, ödqovucu, ağrıkəsici, göbələkəıleyhinə tərkibə malikdir. Damarları bərkitməklə yanaşı vitaminlə də zəngindir.

Milli.Az medicina.az-a istinadən soğan qabığı dəmləməsinin tətbiq sahələrini təqdim edir:

Anqina və zökəm zamanı soğan qabığı dəmləməsi yaxşı təsir edir. Burun tutulması zamanı 4 x/q xırdalanmış soğan qabığını suda qaynadaraq onun buxarında 3-5 dəqiqə nəfəs alın.

Öskürək zamanı 2 x/q xırdalanmış soğan qabığını 2 st suda qaynadın. Yeməkdən 30 dəqiqə əvvəl gündə 3 dəfə olmaqla stəkanın 4/1 qədər isti halda qəbul edin.

Öd kisəsi ağrıları zamanı  3 x/q qabığı 2 st suda qaynadın. 30 dəqiqə saxlayın. Gündə 3 dəfə olmala 50 ml qəbul edin.

Milli.Az