Şeyma misirli nişanlısı ilə barışdığını təsdiqlədi

26 İyul 2022 17:24

Sosial media fenomeni Şeyma Subaşı keçmiş misirli nişanlısı Mohammed Alsaloussi ilə barışdığını təsdiqləyib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, Şeyma bir müddətdir instaqram paylaşımları ilə diqqət çəkib. Görüntülərdə üzünü aydın göstərməsə də birgə istirahətdə olduğu şəxsin Mohammed olduğu bəlli olub. Fenomen dodaq-dodağa olan görüntülərə ürək emojiləri qoyub.

Qeyd edək ki, bir müddət əvvəl cütülüyün barışdığı və Parisdə lüks hoteldə qaldığı iddia edilmişdi.

Milli.Az