İranın idman və gənclər naziri Həmid Səccadi yeni növ koronavirusa (COVID-19) yoluxub.
Milli.Az APA-ya istinadən bildirir ki, nazirin səhhəti ilə bağlı əlavə məlumat verilmir.
Qeyd edək ki, Həmid Səccadi parlamentarilərin suallarını cavablandırmaq üçün bu gün parlamentdə iştirak etməli idi. Lakin o, koronovirusa yoluxduğuna görə görüş başqa vaxta təxirə salınıb.
Milli.Az