Təzyiq, xərçəng və 30 xəstəliyin dərmanı sarımsaq çayı – Ancelina Coli də içir

2 Avqust 2022 23:01

Sarımsaq ölümdən başqa bütün dərdlərə dərmandır. Onu qəbul etməyin müxtəlif formaları var. Sarımsağı əzdikdə çıxan şirəsi müalicə üçün daha effektivdir. Amma birbaşa bu şirəni içmək mədə-bağırsaq üçün zərərlidir. Ona görə bu məqsədlə sarımsaq çayı hazırlanır.

Məşhur ulduz Ancelina Colinin də tez-tez məhz sarımsaq çayı içməsi barədə məlumatlar var.

Sarımsaq çayı zərərli toksin və mikorqanizmləri öldürür, immun sistemi möhkəmləndirir.  

Bu çay qrip, zökəm, iltihabi xəstəliklərdə içilə bilər.

Çay ürək-qan damar sistemini möhkəmlədir, infeksiyalarla mübarizə aparır, qanda yaxşı xolesterini artırır, təzyiqi stabilləşdirir, orqan və toxumaları normal qan ilə təmin edir.

Mədə-bağırsağı detoks edir, qaraciyəri təmizləyir,  qurdları, parazitləri tökür. Bədəndə olan qurğuşun və civəni çıxarır.  Maya göbələklərini məhv edir.

Müntəzəm istifadə etdikdə insanı cavan saxlayır.

Hazırlamaq üçün  5 diş sarımsaq təmizlənib, pressdə əzilir, sıyıq kimi kütlə alınır. Bura 1 limonun suyu sıxılır. Bu qarışımın üzərinə 95dərəcə istilikdə su əlavə olunur.

Çay 4-5 hissəyə bölünüb, gün ərzində isti, ilıq halda içilir. Çayı termosda hazırlayıb, içə bilərsiz. Əgər dad vermək istəsəz, 1 çay qaşığı bal əlavə edə bilərsiz

Milli.Az