Meymunçiçəyi Azərbaycana keçibmi? - TƏBİB-dən xəbərdarlıq

28 İyul 2022 19:01

Son həftələrdə koronavirusa yeni yoluxmaların sayında artım müşahidə edilir. Bununla bağlı əhaliyə bir neçə dəfə müraciət edilib.

Bunu jurnalistlərə açıqlamasında TƏBİB-in departament rəhbəri Yaqut Qarayeva deyib.

O qeyd edib ki, təşvişə səbəb olacaq hadisə yoxdur. Epidemioloji vəziyyət sabitdir və nəzarət altındadır.

Departament rəhbəri açıqlamasında Azərbaycanda meymunçiçəyinə yoluxma halının qeydə alınmadığını da bildirib.

Milli.Az