Corcina Ronaldonun yeni klubunu özü də istəmədən bəlli etdi - FOTO

26 İyul 2022 12:16

"Mançester Yunayted"in futbolçusu Kriştiano Ronaldonun sevgilisi Corcina Rodriqesin sosial şəbəkədə "Atletiko"nun (Madrid) baş məşqçisi Dieqo Simeonenin həyat yoldaşını izləməsi portuqaliyalı ulduz oyunçunun İspaniyaya getməsi ilə bağlı söz-söhbətinin daha da aktuallaşmasına gətirib çıxarıb.

Milli.Az offsideplus.az-a istinadən xəbər verir ki, Corcina bu günə qədər Karla Pereyra ilə dost deyildi.

Qeyd edək ki, daha əvvəl 37 yaşlı futbolçunun Madrid təmsilçisinə keçəcəyi ilə bağlı xəbərlər yayılmışdı.

Milli.Az