22 yaşlı qız Rusiya gözəli seçildi - FOTO

26 İyul 2022 14:40

Ötən gün "Miss Rusiya 2022" müsabiqəsi başa çatıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, yarışın qalibi Orenburqdan olan iştirakçı, 22 yaşlı Anna Linnikova olub. 

Rusiyanın müxtəlif şəhərlərindən olan 18-23 yaş arası 25 iştirakçı titul uğrunda mübarizə aparıb və qalib münsiflər heyəti tərəfindən müsabiqə tapşırıqlarının nəticələrinə əsasən müəyyən edilib.

Tacı qalibə "Miss Rusiya - 2019" titulunun qalibi Alina Sanko təqdim edib.

Milli.Az