Amine Gülşedən Zendayaya 3 milyonluq təklif

26 İyul 2022 16:48

Türkiyəli aktrisa Amine Gülşe futbolçu həyat yoldaşı Mesut Özillə birgə açdıqları zinət əşyası markasının reklam çəkilişləri üçün hazırlıqlara başlayıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, Gülşe brendin reklam çarxında oynaması üçün amerikalı məşhur aktrisa Zendayaya təklif göndərib. O, bunun müqabilində aktrisaya 3 milyon dollar ödəyəcək. 

Zendaya isə hələlik təklifi dəyərləndirdiyini bildirib. 

Milli.Az