İtaliyada Azərbaycan vətəndaşının meyiti aşkarlanıb.
Milli.Az report-a istinadən xəbər verir ki, hadisə Terni şəhərində baş verib. Adı açıqlanmayan 52 yaşlı Azərbaycan vətəndaşı Sant-Anyezedə mənzilində ölü vəziyyətdə aşkarlanıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və tibb işçiləri cəlb edilib. Faktla bağlı araşdırmalara başlanılıb.
Milli.Az