İnsanın niyyətini oxuya biləcək qurğu hazırlanır
9 Yanvar 2010 13:54
Milli.Az xəbər portalının ISRA.com saytına istinadən verdiyi məlumata görə, sistem işə düşdükdən sonra hava limanına təyyarəni partlatmaq məqsədi ilə gəlmiş terrorçu dərhal ifşa olunacaq. Yeni qurğu arzuolunmaz sərnişinin niyyətini oxumaqla, faciənin qarşısını alacaq.
Alimlər əmindirlər ki, bu yeniliyin reallığa çevrilməsinə az qalıb. Hüquq müdafiəçiləri isə belə qurğuların hazırlanmasının insan haqları baxımından düzgün olmadığını düşünürlər.
Milli.Az