Demetin "bir qarışlıq" paltarının qiyməti təəccüb doğurdu - FOTO

26 İyul 2022 10:12

Türkiyənin məşhur aktrisası Demet Özdemirin parlaq, ipli koftasının qiyməti izləyicilərdə təəccüb doğurub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, aktrisa sosial şəbəkə paylaşımında güzgü qarşısına keçərək poza verib. 

Onun dünyaca məşhur brendə məxsus ipli koftasının qiymətinin 41 000 lirə (təxminən 4 000 manat) olduğu məlum olub.

Qeyd edək ki, lüks həyatı ilə seçilən uğurlu aktrisa müğənni Oğuzhan Koçla nişanlıdır. Cütlük 28 avqust tarixində evlənəcəklərini açıqlayıb.

Sözügedən paylaşımı təqdim edirik:

Milli.Az