Diabetli xəstələrə bu meyvələr ziyandır

26 İyul 2022 08:47

Diabetli insanlara bir çox meyvə və giləmeyvə yeməyə icazə verilsə də, xəstəliyin növündən asılı olaraq, həddən artıq meyvə yemək müəyyən risklər daşıyır.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə rusiyalı həkim endokrinoloq və diyetoloq Tatyana Filippova deyib.

O bildirib ki, xüsusən də 2-ci tip diabet xəstələrində piylənmə riski yüksək olduğundan meyvə və giləmeyvələr kiçik hissələrdə qəbul edilməlidir.

"Şəkəri yüksək olan meyvələr orta həcmdə yeyilməlidir. Bunlar üzüm, xurma, qarpız, yemiş, giləmeyvə və banandır", - həkim deyib.

Milli.Az