Bakıda 54 yaşlı kişi yol-nəqliyyat hadisəsində xəsarət alıb.
Milli.Az "Report"a istinadən bildirir ki, hadisə Xətai rayonunda qeydə alınıb. "Ukrayna" dairəsində 1968-ci il təvəllüdlü Məmmədov Bəhruz Əhmədxan oğlu yolu keçərkən avtomobil onu vurub.
Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.
Fakt araşdırılır.
Milli.Az