Moskvada leysan zamanı insanların olduğu maşın su altında qaldı - VİDEO

26 İyul 2022 08:22

Rusiyanın paytaxtı Moskva küçələrinin birində leysan zamanı avtomobil demək olar ki, tamamilə su altında qalıb.

Bu barədə sosial şəbəkə istifadəçiləri video paylaşıb.

Videoda bir neçə nəfərin avtomobilin damına çıxaraq salondakı şüşəni sındırmağa çalışdıqları əks olunub. Həmçinin maşında insanların olduğu qeyd olunur.  

Hadisə zamanı insan itkisi ilə bağlı məlumat verilməyib.

Milli.Az