“Neftçi”nin baş məşqçisi iki min avro aliment ödəyəcək

26 İyul 2022 08:12

"Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampfın keçmiş həyat yoldaşı Anamariya Prodanla bağlı apellyasiya şikayəti təmin olunub.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, məhkəmə 47 yaşlı mütəxəssisin aylıq cəmi 2000 avro aliment ödəməsinə qərar verib. Daha əvvəl bu məbləğ 7000 avro idi.

Qeyd edək ki, rumıniyalı baş məşqçi 2008-2021-ci illərdə Prodanla ailəli olub. Onların bir övladı var.

Xatırladaq ki, Anamariya Prodan bir müddət əvvəl açıqlamasında Regekampfın "Neftçi"də aylıq 22 min dollar maaş aldığını bildirmişdi.

Milli.Az