Türkiyədə meşə yanğını başladı

26 İyul 2022 08:10

Türkiyənin Aydın şəhərinin Söke rayonunda meşə sahəsində yanğın baş verib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, küləyin təsiri ilə böyüyən alova qarşı havadan və qurudan müdaxilə edilir.

Alovun söndürülməsinə 7 helikopter, 4 təyyarə, 25 su çəni, 12 su tankeri və  canlı qüvvə səfərbər olunub.

Yanğının baş vermə səbəbi məlum deyil.

Milli.Az